AMB: "Sığortaçıların avtomobilin icbari sığortasından imtina hüququ yoxdur"

AMB: "Sığortaçıların avtomobilin icbari sığortasından imtina hüququ yoxdur" Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortası fəaliyyət üçün müvafiq icazəsi olan sığorta şirkətləri onlara edilən müraciətlərə cavab olaraq avtomobilləri sığortalamaqdan imtina etmək hüququna malik deyil.
Maliyyə
16 Yanvar , 2023 18:37
AMB: Sığortaçıların avtomobilin icbari sığortasından imtina hüququ yoxdur

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası fəaliyyəti üzrə müvafiq icazəsi olan sığorta şirkətləri onlara edilən müraciətlərə cavab olaraq avtomobilləri sığortalamaqdan imtina etmək hüququna malik deyil.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

Qurum bəyan edib ki, “İcbari sığortalar haqqında” qanuna əsasən, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Belə hallar baş verdiyi təqdirdə vətəndaşlar 966 qaynar xəttinə zəng vurmaqla və yaxud yazılı şəkildə müraciət etməklə AMB-yə şikayətlərini bildirə bilərlər. bütün şikayətlər operativ qaydada nəzarətə götürülərək dərhal araşdırılır və qısa müddət ərzində vətəndaşın seçdiyi sığortaçının icbari sığorta şəhadətnaməsini satması təmin edilir.

Hazırda icbari avtosığorta bazarında vəziyyətə nəzarət edilməsi və mövcud problemlərin həlli məqsədilə mütəmadi olaraq AMB ciddi monitorinqlər həyata keçirir, hərtərəfli təhlillər və qiymətləndirmələr aparır. Qiymətləndirmələrin nəticələri əsasında zəruri addımların atılması davam etdiriləcək. 

Son xəbərlər

Orphus sistemi