AMB-nin depozit hərracında tələb təklifi 3,3 dəfə üstələyib

Maliyyə
  • 30 may, 2017
  • 08:15
AMB-nin depozit hərracında tələb təklifi 3,3 dəfə üstələyib
Report

Bakı. 30 may. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 150 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 495,7 mln. manat təşkil edib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Hərracda tələb təklifi 3,3 dəfə üstələyib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 150 mln. manat cəlb olunub, orta ölçülmüş faiz dərəcəsi isə 12,01% olub.

44 - Tezliklə