AMB: "Günay Bank"ın bağlanması sektora heç bir təhdid yaratmır"

Maliyyə
  • 17 may, 2023
  • 06:26
AMB: Günay Bankın bağlanması sektora heç bir təhdid yaratmır

Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyasını ləğv etdiyi “Günay Bank” ASC-nin ölkənin bank sektorunun aktivlərində xüsusi çəkisi 0,6 %, kredit portfelində 1 %, öhdəliklərində isə 0,5 % təşkil edir.

"Report" xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

"Bankın lisenziyasının ləğv edilməsi sektorun maliyyə dayanıqlığına və maliyyə sabitliyinə heç bir təhdid yaratmır", - deyə qurum bəyan edib.