AMB: Faizlərin artımı əhalinin ipoteka kreditlərinə əlçatanlığını azaldıb

AMB: Faizlərin artımı əhalinin ipoteka kreditlərinə əlçatanlığını azaldıb 2024-cü ildə mənzil qiymətlərinin artım tempi, həmçinin yeni verilən daxili ipoteka kreditləri üzrə orta faiz dərəcələrinin artımı əlçatanlıq indeksində azalmanı şərtləndirib.
Maliyyə
15 aprel 2025 16:51
AMB: Faizlərin artımı əhalinin ipoteka kreditlərinə əlçatanlığını azaldıb

2024-cü ildə Azərbaycanda mənzil qiymətlərinin artım tempi, həmçinin yeni verilən daxili ipoteka kreditləri üzrə orta faiz dərəcələrinin artımı əlçatanlıq indeksində azalmanı şərtləndirib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı"nda bildirilib.

Sənədə əsasən, bununla bərabər, əhalinin sərəncamda qalan gəlirləri üzrə müsbət dinamika əlçatanlıq indeksinin bençmark göstəricidən yüksək olmasına səbəb olub.

“Mənzil bazarında qiymətlərin artmasına baxmayaraq, əhalinin sərəncamda qalan gəlirlər dayanıqlı ipoteka kreditləşməsinə imkan verir. Dünya təcrübəsində geniş istifadə edilən əlçatanlıq indeksi (affordabililty index) adam başına düşən sərəncamda qalan gəlirin ay ərzində verilmiş yeni ipoteka kreditləri üzrə aylıq ortalama ödənişə nisbəti kimi hesablanır. Göstəricinin 100 %-dən yuxarı olması əhalinin sərəncamda qalan gəlirlərinin ipoteka ödəmə iqtidarında olduğunu, 100%-dən aşağı olması isə aylıq ipoteka ödənişinin sərəncamda qalan gəlirdən çox olmasını göstərir", - deyə hesabatda qeyd olunub.

Orphus sistemi