AMB: "Azərbaycanda illik inflyasiyanın hədəfə yaxınlaşması ehtimalı artır"

AMB: "Azərbaycanda illik inflyasiyanın hədəfə yaxınlaşması ehtimalı artır" Azərbaycanda inflyasiyanı azaldan amillərin güclənməsi bu ilin sonuna və gələn ilə illik inflyasiyanın hədəfə yaxınlaşması ehtimalını artırır.
Maliyyə
20 Sentyabr , 2023 11:14
 AMB: Azərbaycanda illik inflyasiyanın hədəfə yaxınlaşması ehtimalı artır

Azərbaycanda inflyasiyanı azaldan amillərin güclənməsi bu ilin sonuna və gələn ilə illik inflyasiyanın hədəfə yaxınlaşması ehtimalını artırır.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

"Faktiki inflyasiyanın azalmasına baxmayaraq qlobal iqtisadiyyatda qeyri-müəyyənlik şəraitinin davam etməsi və məcmu tələbin izafi genişlənməsi riski inflyasiyaya təsir imkanlarını saxlayır. İqlim dəyişiklikləri ilə bağlı orta temperaturun gözləniləndən daha çox artması, geosiyasi gərginlik fonunda dünya iqtisadiyyatının bloklara ayrılmasının dərinləşməsi əmtəə, xüsusilə də ərzaq və enerji qiymətlərinin yenidən artmasına səbəb ola bilər. Beynəlxalq Valyuta Fondunun son hesabatına əsasən inflyasiya hədəfini elan etmiş iqtisadiyyatların 2023-cü ildə 96 %-də, 2024-cü ildə isə 89 %-də inflyasiyanın hədəfdən yuxarı olacağı proqnozlaşdırılır. Təklifin tələbi kəskin üstələməsi şəraitində valyuta bazarında tarazlığı təmin etmək üçün əsasən fiskal əməliyyatlarla əlaqədar AMB-nin valyuta bazarına alışyönlü müdaxiləsinin artmasına zərurət yarana bilər. Bu isə pul təklifinin izafi genişlənməsinə səbəb olmaqla inflyasiyaya artırıcı təsir edəcək başlıca daxili risk hesab oluna bilər", - deyə açıqlamada qeyd olunub.

Son xəbərlər

Orphus sistemi