“Accessbank” bağçılıqla məşğul olanlar üçün kredit kampaniyası keçirir
- 16 fevral, 2018
- 06:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycanda kənd təsərrüfatının müxtəlif sahələrinə dəstək verən “Accessbank” bağçılıqla məşğul olan şəxslər üçün "Bağa bax ki, bağ olsun!" adlı kredit kampaniyasına start verib.
“Report” Banka istinadən xəbər verir ki, kampaniya aprelin 30-na qədər davam edəcək.
Kənd təsərrüfatı ilə məşğul olan şəxslər kredit götürərkən 12 aya qədər güzəşt müddəti və illik faiz dərəcəsinə 3%-ə qədər endirim əldə edəcəklər. Bundan başqa, müştəri kredit üzrə ödəniş qrafikini özü seçərək biznesinə uyğun tərtib edə biləcək.
Ətraflı məlumatı “Accessbank”ın saytından, “Facebook” və “Twitter” sosial şəbəkələrindəki səhifələrindən, eləcə də 151 Əlaqə Mərkəzindən əldə etmək olar.
Xatırladaq ki, "Accessbank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Onun nizamnamə kapitalı 140,25 mln. manatdır. Bankın səhmdarları 6 beynəlxalq maliyyə institutudur: Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), KfW - "Kreditanstalt für Wiederaufbau" (20%), "Access Microfinance Holding AG" (16,53%) və "LFS Financial Systems GmbH" (3,47%).