ABŞ iqtisadiyyatı III rübdə 2%-dən çox böyüyüb

Maliyyə
  • 27 noyabr, 2019
  • 14:13
ABŞ iqtisadiyyatı III rübdə 2%-dən çox böyüyüb

Bu ilin III rübündə ABŞ iqtisadiyyatında 2,1% artım baş verib. Ekspertlər isə dinamikanın 1,9% olacağını proqnozlaşdırırdı. 

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Xatırladaq ki, II rübdə ABŞ iqtisadiyyatının böyümə tempi 2% təşkil etmişdi.