ABŞ-da fond indeksləri yüksəlib

Maliyyə
  • 09 noyabr, 2020
  • 14:18
ABŞ-da fond indeksləri yüksəlib

Bu gün ABŞ-ın əsas fond indekslərinin fyuçersləri, ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizəd Co Baydenin seçkilərdə qalib gəlməsi ilə yüksəlib.

“Report” xəbər verir ki, bunu ticarət məlumatları və analitiklərin şərhləri sübut edir.

Məlumata görə, 15:30-da (Bakı vaxtı ilə) Dow Jones Sənaye İndeksi (DJIA) üzrə fyuçerslər 1,44 % artaraq 28,611 bəndə, NASDAQ yüksək texnoloji indeksi üzrə 1,77 % artaraq 12 287,25 bəndə, “S&P 500” 1,45 % artaraq 3 551,62 bəndə yüksəlib.

Beləliklə, bazar ertəsi investorlar ABŞ-da prezident seçkilərinin nəticələri xəbərlərinə nikbin yanaşıblar. Bir sıra televiziya kanallarının proqnozlarına görə, Baydenin qələbəsindən indidən danışa bilərik. “Prezident (Donald Tramp) təslim olmamasına və məhkəmə çəkişmələri ilə bağlı narahatlıqlar olsa da, keçmiş prezident Corc Buş da daxil olmaqla tanınmış respublikaçılar seçki nəticələrini mahiyyət etibarilə açıqlayıblar və bazarlar da bunu qəbul edib. Artım var və görünür ki, davam edəcək”, – deyə "Prudential Financial" şirkətinin baş bazar strateqi Kuinsi Krosbi deyib.

Eyni zamanda Amerika Konqresi üzərində nəzarətin Respublikaçılar və Demokratlar partiyaların nümayəndələri arasında bölünəcəyi də ehtimal olunur. Analitiklər bunun ABŞ siyasətində daha kəskin dəyişikliklərə az yer ayırdığına görə bazarlar üçün "ideal" seçim olduğuna diqqət çəkirlər.