ABŞ-da əhalinin gəlirləri 0,4% artıb

Maliyyə
  • 27 may, 2022
  • 13:15
ABŞ-da əhalinin gəlirləri 0,4% artıb

ABŞ-da əhalinin gəlirləri aprel ayında mart ayı ilə müqayisədə 0,4% artıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyinin İqtisadi təhlil bürosu məlumat yayıb.

Eyni zamanda istehlak xərcləri aylıq ifadədə 0,9% artıb.

Analitiklər gəlirlərin 0,5%, xərclərin 0,7% artacağını güman edirdilər.

44 filmi