Mərkəzi Bank bağlanan 4 bankda bloklanan əmanətlərin məbləğini açıqladı

Mərkəzi Bank bağlanan 4 bankda bloklanan əmanətlərin məbləğini açıqladı Ümumilikdə bağlanan banklarda vətəndaşların 80 milyon manatlıq əmanəti bloklanıb
Maliyyə
21 İyul , 2020 11:29
Mərkəzi Bank bağlanan 4 bankda bloklanan əmanətlərin məbləğini açıqladı
Alim Quliyev
0 : 00
0 : 00

“Ləğv edilmiş 4 bankda (“Atabank” , “Amrahbank”, “AG Bank” və “NBC Bank”) əmanətləri qalan vətəndaşların problemi həll olunacaq. Belə ki, bu banklarda depozit qəbuluna qadağa qoyulmasından sonra da əmanət qəbul edilib”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Bankın sədrinin I müavini Alim Quliyev deyib.

O bildirib ki, qanunla həmin əmanətlər sığortalanmasa da, vətəndaşların günahı olmadığına görə qaytarılması üçün işlər aparılır: "Baş Nazir tərəfindən Konstitusiya məhkəməsinə müraciət olunub və ayın 28-də Konstitusiya Məhkəməsi də buna həsr olunmuş iclasını keçirəcək. Bundan əvvəl də “Dəmirbank”ın timsalında belə pretsedent olmuşdu və Konstitusiya Məhkəməsinin qərarı ilə bu insanların əmanətləri qaytarıldı. Bu məsələdə də biz ümidliyik ki, həmin insanların əmanətlərinin hamısı ödəniləcək".

Ümumilikdə bağlanan banklarda vətəndaşların 61 milyon manatlıq əmanəti bloklanıb.

“Artıq bu sahədə nəzarəti, sığorta mexanizminin sərtləşdirilməsi üçün AMB təkliflər hazırlayıb və ilin sonuna qədər bu məsələ həll olunacaq”, - deyə Alim Quliyev bildirib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının aprelin 27-də qəbul etdiyi qərarla “Atabank”, “AGBank”, “NBC Bank” və “Amrah Bank” ASC-lərə müvəqqəti inzibatçılar təyin etmişdi.

Son xəbərlər

Orphus sistemi