Yüksək Liqa: "Murov" növbəti, "Sərhədçi" ilk qələbəsini qazanıb

Komanda
  • 29 mart, 2022
  • 14:38
Yüksək Liqa: Murov növbəti, Sərhədçi ilk qələbəsini qazanıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrəyə start verilib.

"Report"un məlumatına görə, XIV tura təsadüf edən hər iki matç “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutub.

Günün ilk görüşündə "Murov"a MOİK-ə 3:0 (18:25, 23:25, 8:25) hesabı ilə qalib gəlib.

Digər qarşılaşmada isə "Sərhədçi" "Ekspress"i 3:1 (25:22, 27:25, 13:25, 25:23) hesabı ilə üstələyib. Bu, "Sərhədçi"nin cari mövsümdə ilk qələbəsi olub.

Qeyd edək ki, hazırda "Murov" 29 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən 1 xal geri qalan "Neftçi" 2-ci, 18 xalı olan MOİK 3-cü pillədə qərarlaşıb. "Ekspress" 6 xalla 4-cü, "Sərhədçi" isə 3 xalla sonuncu - 5-cidir.

44 filmi