Yüksək Liqa: "Xarı bülbül" növbəti qələbəsini qazanıb

Yüksək Liqa: "Xarı bülbül" növbəti qələbəsini qazanıb Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrəyə start verilib.
Komanda
2 fevral 2023 17:01
Yüksək Liqa: Xarı bülbül növbəti qələbəsini qazanıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV tura yekun vurulub.

"Report"un məlumatına görə, turun son oyunu MOİK və “Xarı bülbül” komandaları arasında olub. Voleybol Mərkəzində keçirilən qarşılaşma Şuşa klubunun 25:21 hesablı üstünlüyü ilə başlasa da, ikinci hissədə Eldar Əliyevin baş məşqçi olduğu kollektiv 25:22 hesabı ilə qalib gəlib. Üçüncü və dördüncü setlərdə isə yenidən “Xarı bülbül” 25:18 və 25:21 hesabı ilə qələbə qazanıb - 3:1.

Beləliklə, II dövrənin ilk turundan sonra “Murov” 12 xalla turnir cədvəlində liderliyini davam etdirir. 9 xala malik “Xarı bülbül” ikinci, 6 xal olan “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə sonuncu pilləni tutur.

Qeyd edək ki, turun açılış matçında "Murov" "Neftçi"yə qalib gəlib - 3:1 (25:22, 25:22, 16:25, 25:21).

18:05

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrəyə start verilib.

“Report”un məlumatına görə, IV turun ilk oyunu keçirilib.

Lider “Murov” “Neftçi” ilə görüşdə də büdrəməyib. “Neftçi”nin gücü yalnız bir set qazanmağa çatıb. Yekunda “Murov” rəqibini 3:1 (25:22, 25:22, 16:25, 25:21) hesabı ilə məğlubiyyətə uğradıb.

Bu qalibiyyət sayəsində komanda xallarının sayını 12-yə çatdırıb.

Qeyd edək ki, tura MOİK - “Xarı bülbül” görüşü ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi