Yeniyetmələr arasında ilk Xəzər basketbol liqası turniri Həştərxanda keçiriləcək
Komanda
- 08 fevral, 2016
- 11:18
Bakı. 8 fevral. REPORT.AZ/ 1998-2000-ci il doğumlu yeniyetmələr arasında ilk Xəzər basketbol liqası turniri fevralın 17-dən 22-dək Həştərxanda keçiriləcək. "Report" Həştərxan vilayətinin İdman Nazirliyinə istinadən xəbər verir ki, yarış iki mərhələdə keçiriləcək.
Turnirə Azərbaycan, Qazaxıstan, İran, Türkmənistan və başqa ölkələrdən səkkiz komanda qatılacaq.
"Birinci mərhələdə komandalar dairəvi sistemlə 4 tur oynayacaq. Bununla onlar 1-8-ci yerlərin sahiblərini müəyyənləşdirəcək. Sonra komandalar yarışın final mərhələsində olimpiya sistemi ilə yarışacaq (1-ci yerin sahibi 8-ci yerin sahibiylə, 2-7, 3-6, 4-5) və qalibin adına aydınlıq gələcək. Final turniri 2016-cı ilin oktyabrında Aşqabadda keçiriləcək", - deyə nazirlikdən bildiriblər.
Son xəbərlər
08:10
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur07:52
Çin və Vyetnam HDQ 19-20 noyabr tarixlərində Tonkin körfəzində patrul xidməti həyata keçirəcək
Digər ölkələr07:31
Foto
Azərbaycan nümayəndə heyəti ABŞ-də səfərdədir
Xarici siyasət07:28
Əməkdar artist Yadigar Muradov vəfat edib
Mədəniyyət siyasəti07:17
Foto
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb
Daxili siyasət07:11
Maduro ABŞ administrasiyası ilə dialoqa hazır olduğunu təsdiqləyib
Digər ölkələr06:44
Keçmiş məcburi köçkün: Arzu edirəm ki, bütün qaçqınlar bizim kimi öz torpaqlarına qayıtsınlar
Daxili siyasət06:27
Horovlu sakini: İlk olaraq yaxınlarımızın məzarlarını ziyarət edəcəyik
Daxili siyasət06:24