Azərbaycan və Türkiyə komandalarının iştirakı ilə Naxçıvanda yeniyetmə qızlar arasında voleybol üzrə "Muxtariyyət kuboku" uğrunda birincilik keçirilir.
"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə baş tutan yarışda Azərbaycanın U-16 millisi, Gəncə, Sumqayıt, Tovuz, Şərqi Zəngəzur Regional voleybol klublarının, Türkiyənin Əskişəhər və İğdır şəhərlərinin komandaları və Naxçıvan yığması iştirak edirlər.
Turnir Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunub.
Sentyabrın 4-7-si aralığında təşkil olunacaq birinciliyə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksi ev sahibliyi edir.
Qeyd edək ki, ilk görüş Naxçıvan və Sumqayıt komandaları arasında baş tutacaq.