Azərbaycan Basketbol Liqası sürətlə inkişaf edir.
"Report"un məlumatına görə, bunu “Lənkəran”ın türkiyəli basketbolçusu Efe Baykal klubun mətbuat xidmətinə müsahibəsində deyib.
Çempionatda çox sayda legionerin çıxış etdiyini söyləyən 19 yaşlı oyunçu bölgə təmsilçisinə son qatılanlardan biri olduğunu xatırladıb:
"Amma bu, mənim üçün əngəl deyil. Çox yaxşı kollektivimiz var. Bir ailə kimiyik. Hər kəs bir-birinə kömək etdiyi üçün çətinlik çəkmədim. Bunun üçün komanda yoldaşlarıma və məşqçilərimə minnətdaram".
Basketbolçu Azərbaycan və Türkiyənin oxşar cəhətlərindən söz açıb:
"Azərbaycanda ən sevdiyim xüsusiyyət insanların çox səmimi və hər zaman kömək etməyə hazır olmalarıdır. Bu mənada Türkiyə xalqı ilə çox bənzərlik var. İki ölkənin yeməkləri də çox oxşardır. Lənkəran doğma şəhərim olan Malatyaya bəzəyir".