"Sumqayıt"ın basketbolçusu yeni mövsümə hazırlıqları dəyərləndirib

"Sumqayıt"ın basketbolçusu yeni mövsümə hazırlıqları dəyərləndirib "Sumqayıt" klubunun basketbolçusu Saadettin Donat yeni mövsümə hazırlıqları dəyərləndirib.
Komanda
3 Oktyabr , 2024 14:30
Sumqayıtın basketbolçusu yeni mövsümə hazırlıqları dəyərləndirib
Sadettin Donat

"Sumqayıt" klubunun basketbolçusu Sadettin Donat yeni mövsümə hazırlıqları dəyərləndirib.

"Report"un məlumatına görə, Azərbaycan mlllisində də çıxış edən 23 yaşlı basketbolçu Sumqayıt təmsilçisinin mətbuat xidmətinə açıqlamasında qarşıya qoyulan məqsədlərdən danışıb.

O, komandanın yer aldığı B qrupunda 1-ci pilləni hədəflədiklərini söyləyib:

“Azərbaycanda ilk mövsümümü keçirəcəyəm. Hazırda “Sumqayıt” məşqlərini davam etdirir. Taktiki məşğələlər keçirik, oyunçular bir-birini tanımağa çalışırlar. Baş məşqçimiz bizə çox kömək edir. Yeni komandayıq, hələ sıralarımıza qoşulanlar da olacaq. Fikrimcə, gündən-günə daha yaxşı olacağıq. Çempionatın startına qədər iki hazırlıq oyununda qüvvəmizi sınayacağıq. Hədəflərə gəlincə, öz qrupumuzda 1-ci yeri tutmaq və pley-offa vəsiqə qazanmaq istəyirik”.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə oktyabrın 18-də start veriləcək.

Son xəbərlər

Orphus sistemi