"Şuşa bizim üçün müqəddəsdir. Hər birimiz bu adın dünya arenasında səslənməsi üçün əlimizdən gələni edəcəyik".
"Report"un məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov mətbuat konfransında "Xarı Bülbül" komandasının yeni mövsümdə "Çağırış kuboku"nda iştirakı ilə bağlı danışarkən deyib.
O, Şuşa təmsilçisinə dəstək olacaqlarını bildirib.
Ölkə çempionatı ilə bağlı mümkün dəyişikliklərə də toxunan Ş.Bağırov klublara müxtəlif ölkələrdən legionerlər cəlb ediləcəyini vurğulayıb: "Azərbaycan çempionatlarına çox diqqətlə yanaşır, bununla bağlı müzakirələr aparırıq. Azərbaycan Super Liqasında 6 komandanın olması yönündə işlər gedir. Bu asandırmı? Çox çətin sualdır. İdmançıların sayı o qədər də çox deyil. Buna görə legionerlər dəvət etməyi planlaşdırırıq. Bu da müvəqqəti olacaq. Daha sonra Şahin Çatma sayəsində öz voleybolçularımız yetişəcəklər".