Şahin Bağırov: "Əsas məqsədimiz voleybolun daha da inkişaf etdirilməsidir"

Şahin Bağırov: "Əsas məqsədimiz voleybolun daha da inkişaf etdirilməsidir" "Əsas məqsədimiz voleybolun daha da inkişaf etdirilməsidir".
Komanda
8 İyun , 2023 09:45
Şahin Bağırov: Əsas məqsədimiz voleybolun daha da inkişaf etdirilməsidir
Şahin Bağırov

"Əsas məqsədimiz voleybolun daha da inkişaf etdirilməsidir".

"Report"un məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov yeniyetmə və gənc qızlardan ibarət millinin yeni baş məşqçisi Şahin Çatmanın təyinatı ilə bağlı təşkil olunmuş mətbuat konfransında deyib.

O, regionlarda da bu işin davam etdirilməsi yönündə işlərin görüldüyünü diqqətə çatdırıb: "Voleybola marağı olanları müəyyən edib bu idman növünə cəlb etmək niyyətindəyik. Şahin Çatma Türkiyədə tanınan mütəxəssisdir, "Qalatasaray"ın akademiyasında və ölkəsinin aşağı yaş qruplarından ibarət millilərdə işləyib. O, öz işinin icrasına avqustdan başlayacaq. Çox həvəsli insandır, artıq ölkəmizdə regionlarda da olub. Azərbaycanda Voleybol Akademiyasının yaradılması yönündə işlər də aparacaq".

Ş.Bağırov türkiyəli mütəxəssislə müqavilənin uzadıla biləcəyini də istisna etməyib: "Çatma hələlik qarşıdakı bir il ərzində bizimlə olacaq. Onun sözləşməsi artırıla da bilər".

Son xəbərlər

Orphus sistemi