“Sabah” FİBA Avropa Kubokunda ikinci qələbəsini qazanıb
Komanda
- 03 oktyabr, 2023
- 20:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Sabah” basketbol komandası FİBA Avropa Kubokunda ikinci oyununu keçirib.
“Report”un məlumatına görə, Azərbaycan çempionu Şimali Makedoniyada yerli “Rabotniçki” ilə üz-üzə gəlib.
İlk turda Niderland təmsilçisi “Donar”ı 75:72 hesabı ilə məğlub edən Boban Mitevin yetirmələri bu dəfə də eyni uğura imza atıblar. Gərgin keçən görüşdə təmsilçimiz 83:81 hesablı əzmkar qələbə qazanıb.
Qrupun digər görüşündə Rumıniya “Rapid”i “Donar”a qalib gəlib - 69:65.
Qeyd edək ki, A qrupunda yer alan “Sabah” sonuncu oyununu oktyabrın 5-də “Rapid”ə qarşı keçirəcək. Hər iki komanda ilk iki qarşılaşmasında qələbə qazandığından, budəfəki duel növbəti mərhələyə vəsiqə qazanmaq baxımından finala bərabər olacaq.
Son xəbərlər
11:32
Azərbaycanın sığorta sektorunda gözlənilən yeniliklər açıqlanıb
Maliyyə
11:29
Foto
Boks üzrə U-19 dünya çempionatı: Azərbaycanın üç təmsilçisi qələbə qazanıb
Fərdi
11:26
Gürcüstandan azərbaycanlı da daxil 84 əcnəbi deportasiya edilib
Region
11:24
"Enterprise Azerbaijan"ın tərəfdaşlarının investisiya portfeli 3 milyard dolları ötüb
Biznes
11:23
Azərbaycana NCTS və etibarlı tərəfdaş statusunu tətbiq etmək təklif olunub
Maliyyə
11:13
Aytən Axundova: "Nəqliyyat qanunvericiliyində sığorta mexanizmi təkmilləşdirilməlidir"
Biznes
11:07
Peskov: Bizə atəşkəs yox, sülh lazımdır
Region
11:07
Foto
Azərbaycan mücrüləri Vaşinqtonda təqdim edilib
İncəsənət
11:03
Azərbaycanda yerli toxumçuluğun təşviqi üçün yeni mexanizmlər tətbiq edilir
ASK