Rusiyalı hokkeyçi NHL rekordunu təkrarlayıb
Komanda
- 05 aprel, 2025
- 09:46
Milli Hokkey Liqası (NHL) təmsilçisi "Vaşinqton"un rusiyalı oyunçusu Aleksandr Oveçkin Ueyn Qretskinin rekordunu təkrarlayıb.
"Report" NHL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, 39 yaşlı hokkeyçi bunu ötən gün baş tutan "Çikaqo" ilə görüşdə reallaşdırıb.
Qarşılaşmada dubla imza atan hokkeyçi matçın üçüncü hissəsinin 6:14-cü dəqiqəsində 894-cü qolunu vurub. Bununla da o, Ueyn Qretskinin tarixi rekordunu təkrarlayıb.
Qeyd edək ki, "Vaşinqton" - "Çikaqo" matçı paytaxt komandasının 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. Hokkeyçi aprelin 6-da baş tutacaq “Nyu York Aylenders”lə görüşdə fərqlənəcəyi təqdirdə NHL tarixinin ən çox qol vuran oyunçusu olacaq. A.Oveçkin 2005-ci ildən "Vaşinqton" klubunun formasını geyinir.
Son xəbərlər
03:41
"Al Mayadeen": ABŞ Çabahar və Bəndər Abbas limanlarını hədəf alıb
Region03:12
İtaliyalı Yannik Sinner ardıcıl ikinci dəfə "Uimbldon"un qalibi olub
Fərdi02:45
Tim Hokins: ABŞ aviasiyası İranın qanadlı raket və PUA-sını ələ keçirib - YENİLƏNİB
Region02:34
İsrail Qəzzaya zərbə endirildiyini açıqlayıb
Digər ölkələr02:00
Serbiyada yanacağa tətbiq olunan aksiz vergisi azaldılıb
Digər ölkələr01:47
CENTCOM İrana qarşı yeni zərbələrin başladığını bəyan edib
Digər ölkələr01:37
Banqkokda barda baş verən yanğın zamanı azı 27 nəfər həlak olub
Digər ölkələr01:13
Azərbaycanın sərbəst güləş millisi iki rekordu yeniləyib
Fərdi01:02