Rimas Kurtinaytis: “Sabah” klubunu və Litva millisini paralel çalışdırmağım problem yaratmayacaq”

Rimas Kurtinaytis: “Sabah” klubunu və Litva millisini paralel çalışdırmağım problem yaratmayacaq” “Sabah” klubunu və Litva millisini eyni zamanda çalışdırmaq problem olmayacaq.
Komanda
3 Oktyabr , 2024 13:03
Rimas Kurtinaytis: “Sabah” klubunu və Litva millisini paralel çalışdırmağım problem yaratmayacaq”
Rimas Kurtinaytis

“Sabah” klubunu və Litva millisini paralel çalışdırmağım problem yaratmayacaq.

Bunu “Report”a açıqlamasında Litvanın basketbol yığmasına baş məşqçi təyin olunan Rimas Kurtinaytis deyib.

“Sabah” klubunu da çalışdıran Seul-1988 Yay Olimpiya Oyunlarının qalibi millidə olduğu müddətdə köməkçilərinə güvənəcəyini söyləyib:

“Həm klub, həm də yığmada eyni zamanda çalışmaq problem olmayacaq. Futbolda olduğu kimi, yığmaların beynəlxalq oyunu zamanı ölkə çempionatlarında fasilə yaranır. Üstəlik, “Sabah” klubunda iki köməkçim var. Litva millisi ilə olduğum müddətdə onlar tapşırıqlarımı yerinə yetirəcəklər”.

64 yaşlı litvalı mütəxəssis hazırda ölkəsinin əsas komandasında eniş yaşandığını vurğulayıb:

“Hazırda Litva millisində eniş yaşanır. Son iki olimpiadaya vəsiqə qazana bilməyiblər. Bundan əvvəl ardıcıl 7 olimpiadada iştirak etmişdilər. Litva basketbolunda böyük təcrübəyə malik şəxs kimi köməyimə ehtiyac yarandı, mən də razılaşdım”.

Qeyd edək ki, vaxtilə Azərbaycan millisinə və "Qala" klubuna rəhbərlik etmiş Rimas Kurtinaytis bu ildən etibarən “Sabah”ı çalışdırır.

Son xəbərlər

Orphus sistemi