Peşəkar Çövkən Liqasında I turun iki oyunu baş tutub

Peşəkar Çövkən Liqasında I turun iki oyunu baş tutub Azərbaycanda ilk dəfə təşkil olunan Peşəkar Çövkən Liqasının (PÇL) I turunun oyunları baş tutub.
Komanda
21 May , 2024 17:07
Peşəkar Çövkən Liqasında I turun iki oyunu baş tutub

Azərbaycanda ilk dəfə təşkil olunan Peşəkar Çövkən Liqasının I turunun görüşləri baş tutub.

"Report" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Matçlar hər biri 15 dəqiqədən ibarət olmaqla ümumilikdə 30 dəqiqə davam edib.

"Omar" - "Embavud" 1:0
"Sərhədçi" - "Ağstafa Dilbaz" 7:0

Qeyd edək ki, Peşəkar Çövkən Liqasının bütün oyunları Binə Atçılıq Mərkəzində baş tutacaq. Yarışda 10 komanda - "Ağstafa Dilbaz", "Elit", "Embavud", "Köhlən", "Qarabağ", "Omar", "Polad", "Sərhədçi", "Şirvan" və "Zəfər" iştirak edir. Çempionat dekabrın 4-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi