“Ordu”nun baş məşqçisi mövsümün ilkin mərhələsini qiymətləndirib

“Ordu”nun baş məşqçisi mövsümün ilkin mərhələsini qiymətləndirib “Ordu”nun baş məşqçisi Alberto Blanko mövsümün ilkin mərhələsini qiymətləndirib.
Komanda
8 aprel 2025 17:31
“Ordu”nun baş məşqçisi mövsümün ilkin mərhələsini qiymətləndirib
Alberto Blanko

“Ordu”nun baş məşqçisi Alberto Blanko mövsümün ilkin mərhələsini qiymətləndirib.

"Report" xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında play-in mərhələsində “Quba”ya qarşı keçirəcəkləri matçla bağlı düşüncələrini də bölüşüb.

O, cari mövsümün həm yaxşı, həm də pis məqamlarla yadda qaldığını söyləyib:

“Bu mövsüm bizim üçün həm yaxşı, həm də pis məqamlarla yadda qaldı. Biz heyəti əvvəlcədən qurduq və digər klublar kimi mövsümün gedişində ciddi dəyişikliklər etmədik. Hətta elə bir vəziyyət yarandı ki, yeni müqavilə bağladığımız oyunçu 10 gündən sonra komandanı tərk etdi və biz pis vəziyyətdə qaldıq. Qarşıda “Quba” ilə oyunumuz var. Onlarla matç bərabər səviyyəli bir qarşılaşma olacaq. Mövsümün gedişində 3 dəfə “Quba”nı məğlub etmişik, onlar isə 1 oyunda qələbəyə seviniblər. Oyunlar çox çətin olacaq. Əsas məqsədimiz pley-offa vəsiqə qazanmaqdır".

Qedy edək ki, Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində baş tutacaq “Ordu” - “Quba” matçı Abşeron Olimpiya Kompleksində təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi