Paulu Fonseka "Lion"dan ayrılaraq "Sportinq"ə keçib
- 04 noyabr, 2026
- 16:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransanın "Lion" klubunun baş məşqçisi Paulu Fonseka tutduğu vəzifədən ayrılaraq Portuqaliyanın "Sportinq" komandasına keçib.
"Report" xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssisin son günlərdə ona müraciət edən, xüsusi bağlılığı olduğu kluba keçmək üçün "Lion" rəhbərliyinə müraciət etdiyi bildirilib. I Liqa təmsilçisi mövsümün ortasında qəbul edilən bu gözlənilməz qərardan təəssüfləndiyini vurğulayıb.
Portuqaliya komandası müqavilənin vaxtından əvvəl pozulmasına görə qarşı tərəfə 5 milyon avro təzminat ödəyəcək.
Yeni baş məşqçi təyinatına qədər komandaya müvəqqəti olaraq Xorxe Masiel rəhbərlik edəcək. O, beynəlxalq fasiləyədək kollektivi Avropa Liqasında "Real Sosyedad"a, ölkə çempionatında isə "Brest"ə qarşı oyuna çıxaracaq.