Azərbaycanda daha üç idman növü üzrə məşqlərə icazə verildi - EKSKLÜZİV

Azərbaycanda daha üç idman növü üzrə məşqlərə icazə verildi - EKSKLÜZİV "Qərargah da onların hazırlıq prosesinə icazə verib"
Komanda
1095
13 Aprel , 2021 12:21
Azərbaycanda daha üç idman növü üzrə məşqlərə icazə verildi - EKSKLÜZİV

Nazirlər Kabineti yanında Operativ Qərargah daha 3 növ üzrə Azərbaycan milli komandalarına məşq icazəsi verib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq, Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

O bildirib ki, qrapplinq və həndbol üzrə kişilərdən ibarət yığmaların, həmçinin voleybol üzrə kişi və qadınlardan ibarət milli komandaların təlim-məşq toplanışları üçün razılıq alınıb: "Bu idman növlərinin qarşıda beynəlxalq yarışları nəzərdə tutulur. Nazirlik olaraq Operativ Qərargaha müraciət etmişik. Qərargah da onların hazırlıq prosesinə icazə verib".

Nazirlik rəsmisi artıq bu komandaların hazırlıqlara başladığını sözlərinə əlavə edib. O deyib ki, həndbol və voleybol millilərinin toplanışı aprelin 30-da, qrapplinqdə isə aprelin 23-də başa çatacaq.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah daha əvvəl futzal millisinə qapalı məkanda məşq və oyun üçün icazə verib.

Son xəbərlər

Orphus sistemi