Nikola Yokiç NBA-da əfsanəvi basketbolçunu geridə qoyub
Komanda
- 11 aprel, 2024
- 11:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin "Denver" klubunun üzvü Nikola Yokiç Milli Basketbol Assosiasiyası (NBA) tarixində öz mövqeyindəki oyunçular arasında assistlərə görə ikinci pilləyə yüksəlib.
"Report" xəbər verir ki, 29 yaşlı serbiyalı 672 oyunda 4650 məhsuldar ötürmə ilə əfsanəvi Uilt Çemberleni (1045 oyunda 4643 ötürmə) geridə qoyub.
Siyahıya 1560 matçda 5660 assistlə NBA Şöhrət Zalının üzvü Kərim Abdul-Cabbar başçılıq edir.
Qeyd edək ki, N.Yokiç NBA-da doqquzuncu ilini keçirir. Bu mövsüm o, 34,6 dəqiqəyə orta hesabla 26,4 xal, 12,4 ribaund və 9 assistlə yadda qalıb.
Son xəbərlər
01:21
Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb
Region00:58
Özbəkistanda iki nazirlik Təhsil və Elm Nazirliyinə birləşdirilib
Region00:43
UEFA Millətlər Liqası: İspaniya ev, İngiltərə səfər oyununda qalib gəlib
Futbol00:19
Pentaqon Ayətrafı sistemlərdən hərbi məqsədlərlə istifadə imkanını öyrənir
Digər ölkələr00:01
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Daxili siyasət00:00
Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
Daxili siyasət23:52
Bessent ABŞ və Çinin süni intellektə dair razılaşmalarını mümkün sayır
Digər ölkələr23:47
Pezeşkian: İran yeni iqtisadi plan hazırlayıb
Region23:28