MOK-da Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalı iştirakçıları ilə görüş keçirilib

MOK-da Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalı iştirakçıları ilə görüş keçirilib MOK-da Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalı iştirakçıları ilə görüş keçirilib.
Komanda
15 İyul , 2022 21:11
MOK-da Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalı iştirakçıları ilə görüş keçirilib

MOK-da Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalı iştirakçıları ilə görüş keçirilib.

"Report" xəbər verir ki, Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında Azərbaycanı təmsil edəcək idmançılara uğurlar arzulayan Milli Olimpiya Komitısinin vitse-prezidenti Çingiz Hüseynzadə yarışların əhəmiyyətini vurğulayıb.

Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının missiya rəhbəri Vaqif Əliyev Slovakiyanın Banska Bıstritsa bölgəsində keçiriləcək festival haqda tədbir iştirakçılarına məlumat verib.

Festivalda 50 iştirakçı ölkə, 10 idman növü üzrə 4000-ə yaxın 13-18 yaş həddində olan yeniyetmə idmançılarla iştirak edəcək. Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının rəsmi açılışı 24 iyul, bağlanış mərasimi isə 30 iyul tarixlərinə təsadüf edir.

Azərbaycan idmançılarının yüngül atletika, tennis, üzgüçülük, velosiped, cüdo, badminton, gimnastika idman növlərində təmsil olunacaqlarını bildirən missiya rəhbəri Olimpiya kəndinə dair məlumatlarla yanaşı, tibbi xidmət, nəqliyyat və başqa texniki məsələlər haqda tədbir iştirakçılarına məlumat verib.

Daha sonra MOK-un marketinq idarəsinin əməkdaşı Səkinə Vəliyeva Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında OCEP məktəblilərinin iştirakından danışıb.

Qeyd olunub ki, OCEP layihəsi çərçivəsində iştirakçılar üçün qurulacaq pavilyonda ölkəmizi Y.Kovalyov adına 229 saylı tam orta məktəbin şagirdləri təmsil edəcək. AMADA-nın təhsil şöbəsinin müdiri Lalə Haciyeva isə yeniyetmə idmançılara antidopinq istiqamətində mövcud qaydalardan, həmçinin onların hüquq və vəzifələrindən bəhs edib. Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi