Göygöl Olimpiya İdman Kompleksində həndbol üzrə 2008-ci il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə oğlanlar arasında Azərbaycan birinciliyinin zona yarışlarına start verilib.
“Report”un məlumatına görə, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə təşkil olunan turnirin ilk günündə 4 oyun keçirilib.
Gəncəni minimal fərqlə (11:10) məğlub edən yerli Göygöl komandası ikinci matçında Qazaxa 8:15 hesabı ilə uduzub.
Mingəçevir isə hər iki qarşılaşmasında qalib gəlib. Adıçəkilən komanda Qazaxı 23:16, Gəncəni isə 17:6 hesabı ilə üstələyib.
Qeyd edək ki, bu gün növbəti görüşlər keçiriləcək. Qalib komandalar iyunda Bakıda təşkil olunacaq Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.