"Gəncə"nin məşqçisi: "Azarkeşlərin qarşısında məğlub olmaq istəmirdik"

"Gəncə"nin məşqçisi: "Azarkeşlərin qarşısında məğlub olmaq istəmirdik" Azarkeşlərin qarşısında məğlub olmaq istəmirdik.
Komanda
6 aprel 2025 17:34
Gəncənin məşqçisi: Azarkeşlərin qarşısında məğlub olmaq istəmirdik

Azarkeşlərin qarşısında məğlub olmaq istəmirdik.

"Report" xəbər verir ki, bunu "Gəncə"nin məşqçisi Rizvan Səfərov Azərbaycan Basketbol Liqasının müntəzəm mövsümünün sonuncu – XX turunun "Sumqayıt"la oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib:

"Azərbaycan Basketbol Liqasının müntəzəm çempionatının IV dövrəsində sonuncu oyunumuz idi. Üç cəzalı, 1 zədəli oyunçumuzun olmasına baxmayaraq, qələbə qazandıq. Baş məşqçimizin də cəzalı olması məndə əlavə məsuliyyət yaratmışdı.

Sonuncu oyunumuz olsa da, evdə, azarkeşlərimizin qarşısında məğlub olmaq istəmirdik. Komanda şəklində mübarizə apardıq. Azarkeşlərimizə təşəkkür edirəm. Qələbəmizdə pay sahibi oldular".

Qeyd edək ki, "Gəncə" - "Sumqayıt" matçı meydan sahiblərinin 94:92 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi