Ron Desantis 2028-ci ildə ABŞ prezidenti seçkilərində iştirak barədə məlumatları təkzib edir

Digər ölkələr
  • 07 noyabr, 2026
  • 13:12
Ron Desantis 2028-ci ildə ABŞ prezidenti seçkilərində iştirak barədə məlumatları təkzib edir

Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq uğrunda mübarizəyə hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə onun planlarından xəbərdar olan üç mənbəyə istinadən "The Washington Post" məlumat yayıb.

Nəşrin məlumatına görə, R.Desantis mümkün kampaniya ilə əlaqədar artıq ən azı bir siyasi məsləhətçi ilə əlaqə saxlayıb. Onunla əlaqəli siyasi fəaliyyət komitəsi də vəsait toplanışını bərpa edib.

Lakin qubernator özü bu məlumatı rədd edib. O, "X" sosial şəbəkəsindəki hesabında bunu yalan adlandırıb və hər hansı bir seçkidə iştirak etməklə bağlı heç kimlə əlaqə saxlamadığını bildirib.