Yuxarı

Futzal üzrə Azərbaycan millisi dünya çempionatında növbəti oyununu keçirəcək

Rəqib İspaniya yığması olacaq

Bakı. 15 sentyabr. REPORT.AZ/ Futzal üzrə dünya çempionatının final mərhələsində bu gecə Azərbaycan milli komandası ikinci oyununu keçirəcək. "Report"un məlumatına görə, F qrupunda yer alan millinin rəqibi Avropa çempionu İspaniya olacaq. 

Kolumbiyanın Medellin şəhərindəki "Coliseo İvan de Bedout" idman kompleksində təşkil olunacaq qarşılaşmanı italiyalı Alessandro Malfer idarə edəcək. Oyunun ikinci hakimi Ondrey Kerni, üçüncü hakim isə belçikalı Paskal Lemal olacaq. Qarşılaşma Bakı vaxtı ilə gecə saat 03:00-da start götürəcək.

Mundialdakı ilk görüşdə Mərakeş yığmasına 5:0 hesabı ilə qalib gələn futzalçılar hazırda F qrupuna liderlik edir. İranı 5:1 hesablı məğlubiyyətə uğradan İspaniya da eyni xala malikdir.

Qeyd edək ki, milli qrup mərhələsindəki son oyununu İran yığmasına qarşı keçirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi