Dünya Qadın Seriyası: "Neftçi SOCAR" Kanadaya məğlub olaraq mübarizəni dayandırıb - YENİLƏNİB

Komanda
  • 30 avqust, 2026
  • 11:45
Dünya Qadın Seriyası: Neftçi SOCAR Kanadaya məğlub olaraq mübarizəni dayandırıb - YENİLƏNİB

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsində mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, Bakı klubu yarımfinalda Kanada millisi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 12:22 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komanda daha əvvəl 1/4 finalda Tailand millisini 19:12 hesabı ilə üstələmişdi.

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsində yarımfinala yüksəlib.

"Report" xəbər verir ki, Bakı klubu 1/4 finalda Tailand millisi ilə qarşılşaıb.

Azərbaycan təmsilçisi bu görüşdə 19:12 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Neftçi SOCAR" yarımfinalda Kanada seçməsi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 11:10-da başlayacaq.