Dünya çempionatının gümüş mükafatçısı: Üç ildir ki, bu nəticə üçün çalışırıq

Dünya çempionatının gümüş mükafatçısı: Üç ildir ki, bu nəticə üçün çalışırıq Sevinirəm ki, üç ilə yaxındır uğrunda çalışdığımız tarixi nəticəyə nail ola bildik.
Komanda
1 Oktyabr , 2024 03:47
Dünya çempionatının gümüş mükafatçısı: Üç ildir ki, bu nəticə üçün çalışırıq

Sevinirəm ki, üç ilə yaxındır uğrunda çalışdığımız tarixi nəticəyə nail ola bildik.

Bunu “Report”a açıqlamasında İtaliyanın Pesaro şəhərində aerobika gimnastikası üzrə dünya çempionatında qarışıq cütlüklər arasında yarışlarda Mədinə Mustafayeva ilə tandemdə Azərbaycan tarixində ilk gümüş medal qazanan azərbaycanlı gimnast Vladimir Dolmatov deyib.

İdmançı qeyd edib ki, bu nəticəyə qədər çoxlu cəhdlər, “kiçik uğurlar və uğursuzluqlar” olub.

“Finalda dünya, Avropa çempionları, Dünya Oyunlarının birinciləri var idi və yalnız biz yeni gələnlər idik. Həyəcanverici idi, lakin biz güclülərə uduzmadıq”, – V. Dolmatov vurğulayıb.

Gimnast əlavə edib ki, gələn həftə Dünya Oyunlarına hazırlıq məqsədilə məşqlərə başlanılacaq.

Xatırladaq ki, Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri İtaliyanın Pesaro şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıblar. Mədinə Mustafayeva və Vladimir Dolmatovdan ibarət qarışıq cütü fəxri kürsünün ikinci pilləsinə qalxıb.

İdmançılar oktyabrın 1-də vətənə qayıdıblar.

Son xəbərlər

Orphus sistemi