Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan çövkən üzrə dünya çempionatına start verilib.
“Report”un məlumatına görə, Binə Atçılıq Mərkəzində təşkil olunan yarışın ilk günündə 3 oyun baş tutub.
Açılış görüşündə Azərbaycan və Türkiyə yığmaları üz-üzə gəliblər. Qarşılaşma millimizin 7:1 hesablı qələbəsi ilə başa çatıb. Günün digər oyunlarında Mərakeş Qazaxıstanı 3:1, Özbəkistan isə Polşanı 4:3 hesabı ilə məğlub ediblər.
Noyabrın 6-da daha 3 matç baş tutacaq: Azərbaycan - Qazaxıstan, Mərakeş - Polşa, Özbəkistan - Türkiyə.
Dünya çempionatına noyabrın 8-də keçiriləcək 3-cü yer uğrunda oyun və final görüşü ilə yekun vurulacaq.