Avropa Voleybol Konfederasıyası (CEV) rəsmi saytında Şuşanı təmsil edən “Xarı bülbül Şuşa” klubu haqqında geniş məqalə yerləşdirib.
"Report"un məlumatına görə, yazıda Azərbaycanın voleybol idmanındakı nailiyyətlərindən vaxtilə “Rabitə” və “Azərreyl”in qitə turnirlərində qazandığı mükafatlarından, eləcə də milli komandanın Bakı-2015 Birinci Avropa Oyunları və 4-cü İslam Həmrəyliyi Oyunlarındakı uğurlu çıxışlarından söhbət açılıb.
Bildirilir ki, “Xarı bülbül Şuşa” klununun yaradılmasında əsas məqsəd Azərbaycanda voleybolun inkişafına tövhə verməklə yanaşı, tarixi torpağımız olan Şuşanı dünyaya tanıtdırmaq, bu adın beynəlxalq arenada daha geniş yayılmasına nail olmaqdır.
Klubun hədəflərindən söz açılan məqalədə “Xarı bülbül Şuşa”nın beynəlxalq səviyyəli klub olması istiqamətində işlərin görüldüyü qeyd olunub.