"Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, son ölkə çempionu F qrupunda Finlandiyanın “Kampuksen Dinamo” kollektivi ilə üz-üzə gəlib. Latviyanın Salaspils şəhərində və monteneqrolu hakim Drazen Vukçeviç idarə etdiyi qarşılaşma 4:4 hesabı ilə başa çatıb.
Azərbaycan təmsilçisinin heyətində qolları Xətai Bağırov, Emanuel Rodrigues, Pereyra Qonçalves Dos Santos, və Amir Şojaei vurublar.
Çempionlar Liqası
İlkin mərhələ
F qrupu
"Kampuksen Dinamo” (Finlandiya) - "Araz-Naxçıvan" - 4:4
Qollar: Macedo Bazilyo, 12''15''; 29"56". Yere İntala, 12''40''. Sergey Korsunov, 21''37" - Xətai Bağırov, 6''21'', Emanuel Rodriges, 7''22''. Pereyra Qonsalveş Dos Santos, 15''49''. Amir Şojaei, 33"00"
Qeyd edək ki, Joze Alesionun baş məşqçi olduğu komanda ilk görüşdə Cəbəllütariqin "Europa" klubunu 9:2 hesabı ilə üstələyib. İlkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil edilir. Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.