Bakı. 3 iyul. REPORT.AZ/ Filippin və Avstraliyanın basketbol yığmaları arasında keçirilmiş dünya çempionatının seçmə oyununda kütləvi dava baş verib.
"Report"un "Sportando" nəşrinə istinadən məlumatına görə, insident üçüncü hissədə avstraliyalı Deniel Kikkertin rəqibə zərbəsindən sonra yaşanıb. Nəticədə iki komandanın oyunçu və məşqçi heyəti toqquşmada iştirak edib. Münaqişənin səbəbkarı daha çox xəsarət alıb. Kikkerti hətta yerə uzanıqlı vəziyyətdə də döyüblər. Avstraliyalı basketbolçu davanın qarşısını almağa cəhd etdikdə onun başına stul atıblar.
Kütləvi toqquşma ilə əlaqədar meydandan 13 basketbolçu qovulub. Bundan sonra meydanda Filippin yığmasının 3, Avstraliyanın isə 5 basketbolçusu qalıb. Bir neçə dəqiqə sonra daha 2 filippinli meydandan qovulub və oyunu Avstraliya 89:53 hesabı ilə öndə olduğu vaxt dayandırmaq lazım gəlib.