Azərbaycanlı olimpiya çempionunun adı Şöhrət Zalına daxil ediləcək

Azərbaycanlı olimpiya çempionunun adı Şöhrət Zalına daxil ediləcək Mərasim 2015-ci il mayın 16-da təşkil olunacaq
Komanda
5 Dekabr , 2014 16:02
Azərbaycanlı olimpiya çempionunun adı Şöhrət Zalına daxil ediləcək

Bakı. 5 dekabr. REPORT.AZ/ Hazırda Almaniyada yaşayan idman gimnastikası üzrə azərbaycanlı olimpiya çempionu Valeri Belenkinin adı ABŞ-ın Oklahoma şəhərində yerləşən Beynəlxalq Gimnastika Şöhrət Zalına daxil ediləcək. "Report"un məlumatına görə, mərasim 2015-ci il mayın 16-da təşkil olunacaq. 

Lakin V.Belenki bu şərəfə Almaniya idmançısı kimi layiq görüləcək. Çünki hazırda o, 1992-ci ildən köçdüyü həmin ölkənin vətəndaşıdır. 

Qeyd edək ki, V.Belenki 1969-cu il sentyabrın 5-də Bakıda anadan olub. O, 1992-ci ildə Barselona Yay Olimpiya Oyunlarında MDB yığmasının heyətində komanda hesabında qızıl, şəxsi çoxnövçülükdə isə bürünc medal qazanıb. V.Belenki eyni zamanda keçmiş SSRİ yığmasının tərkibində 1989 və 1991-ci illərdə dünya çempionu olub. Almaniyaya yollandıqdan sonra isə o, 1997-ci ildə daha bir dünya çempionluğu əldə edib. 

Son xəbərlər

Orphus sistemi