Türkiyənin Balıkesir şəhərində təşkil olunan çimərlik voleybolu üzrə “Bioderma Pro Beach Tour” açıq çempionatı başa çatıb.
"Report"un məlumatına görə, yarışda Azərbaycanın iki qadın (Fidan Əhmədxanova/Nərmin Səmədzadə, Çinarə Quliyeva/ Larisa Smeltsova), üç kişi (Heydər Məmmədli/Fərda Dünyayev, Nəriman Bayramlı/Məhəmməd Aslanlı, Akşin Ağazadə/İbrahim Məmmədov) komandası iştirak edib.
Qızlar komanda hesabında 5-ci, oğlanlar isə 6-cı olublar. Turnirdə ümumilikdə 20 qız, 20 oğlan kollektiv mübarizə aparıb.
Qeyd edək ki, çimərlik voleybolçuları növbəti yarışda iştirak etmək üçün sabah Gürcüstana yola düşəcəklər. Qızlar və oğlanlar iyulun 11-14-də Kaçreti şəhərində təşkil olunacaq 18 yaşlıların (U-18) Avropa çempionatına qatılacaqlar.