Azərbaycanın qadınlardan ibarət voleybol millisi Qızıl Avropa Liqasında məğlub olub

Komanda
  • 24 may, 2024
  • 14:50
Azərbaycanın qadınlardan ibarət voleybol millisi Qızıl Avropa Liqasında məğlub olub

Azərbaycanın qadınlardan ibarət voleybol millisi Qızıl Avropa Liqasında növbəti oyununa çıxıb.

“Report” xəbər verir ki, II turun ilk matçında səfərdə Rumıniya kollektivi ilə üz-üzə gələn yığmamız görüşdən 0:3 (19:25, 15:25,10:25) hesabı ilə məğlub ayrılıb.

Qeyd edək ki, komandamız daha əvvəl Xorvatiya üzərində (3:0) qələbə qazanıb, Slovakiyaya isə (1:3) məğlub olub.