Azərbaycanın Braziliyadakı səfirliyinin dəstəyi ilə şahmat turniri keçirilib

Komanda
  • 20 noyabr, 2016
  • 13:26
Azərbaycanın Braziliyadakı səfirliyinin dəstəyi ilə şahmat turniri keçirilib

Bakı. 20 noyabr. REPORT.AZ/ Rio-de-Janeyro şəhərində Azərbaycanın Braziliyadakı səfirliyinin dəstəyi ilə şahmat turniri keçirilib.

Diplomatik nümayəndəlikdən “Report”a verilən məlumata görə, yarış Rio-de-Janeyrodakı Azərbaycan adına bələdiyyə məktəbinin şagirdləri arasında dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü münasibəti ilə təşkil olunub.

Noyabrın 18-də Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov sözügedən turnirin qaliblərinə dəyərli mükafatlar təqdim edib.

Tədbirdə çıxış edən səfir E.Sultanov ölkəmizin şahmat ənənələri haqqında danışaraq, Bakıda keçirilmiş 42-ci Ümümdünya Şahmat Olimpiadasının əhəmiyyətini vurğulayıb.

Sonra məktəbin direktoru Fabio Milioni belə tədbirlərin şagirdlərin Azərbaycan haqqında biliklərinin artmasına xidmət etdiyini bildirərək, gələcəkdə bu kimi layihələrin keçirilməsində marağını ifadə edib.

44 - Tezliklə