Azərbaycanın 3x3 basketbol millisinin Olimpiya Təsnifat turnirindəki oyunlarının proqramı açıqlanıb

Azərbaycanın 3x3 basketbol millisinin Olimpiya Təsnifat turnirindəki oyunlarının proqramı açıqlanıb Qadınlardan ibarət 3x3 basketbol millimizin "Paris 2024" yolunda ilk təsnifat həyəcanı başlayır
Komanda
8 Aprel , 2024 12:14
Azərbaycanın 3x3 basketbol millisinin Olimpiya Təsnifat turnirindəki oyunlarının proqramı açıqlanıb

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin Olimpiya Təsnifat turnirində keçirəcəyi oyunların proqramı açıqlanıb.

Azərbaycan Basketbol Federasiyasından "Report"a verilən məlumata görə, yarışa aprelin 12-də Honqkonqda start veriləcək.

Dina Ulyanova, Tiffani Heys, Aleksandra Mollenhauer və Mersedes Volkerdən ibarət millimiz B qrupunda Çili, Niderland və Monqolustan yığmaları ilə qarşılacaq.

Komanda qrupda ilk oyununu aprelin 12-də, Bakı vaxtı ilə saat 11:30-da Çiliyə qarşı keçirəcək. Növbəti iki matç isə aprelin 13-də baş tutacaq. Milli saat 11:55-də Monqolustan, 13:45-də isə Niderland ilə münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar.

Son xəbərlər

Orphus sistemi