Azərbaycan yığmasının üzvləri "Thailand Open" turnirində "pley-off"a vəsiqə qazanıblar

Komanda
  • 06 noyabr, 2014
  • 11:49
Azərbaycan yığmasının üzvləri Thailand Open turnirində pley-offa vəsiqə qazanıblar

Bakı. 6 noyabr. REPORT.AZ/ Tailandda çimərlik voleybolu üzrə qadınlar arasında keçirilən "Thailand Open" turnirində Azərbaycan milli komandasının üzvləri əsas mərhələyə vəsiqə qazanıblar. "Report"un məlumatına görə, yarışda Vivian Daniela - Zinaida Lyubimova və Rakuel Ferreyra - Yuliya Kərimova duetləri mübarizə aparıb.

Ümumilikdə 36 komanda təsnifat mərhələsindən mübarizəyə başlayıb. Daniela - Lyubimova dueti İtaliya (2:0), Çexiya (2:1) və Almaniya (2:0) təmsilçilərinə qalib gəliblər. Ferreyra - Kərimova cütlüyü isə Avstraliya təmsilçilərinə 0:2 hesabı ilə uduzsa da, Yaponiya və ABŞ duetlərini eyni hesabla yenərək, "Pley-off"a çıxıblar.

Qeyd edək ki, "Thailand Open"in ümumi mükafat fondu 50 min avrodur. İlk 3 yeri tutan cütlüklər Beynəlxalq Voleybol Federasiyasının reytinq siyahısında yüksələcəklər.

Son xəbərlər

Bütün Xəbər Lenti