Azərbaycan millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki oyunlarının təqvimi açıqlanıb

Komanda
  • 11 iyul, 2025
  • 10:12
Azərbaycan millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki oyunlarının təqvimi açıqlanıb

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.

Bu barədə "Report"a Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Komanda bu gün iki oyun keçirəcək. İlk qarşılaşmada rəqib Bakı vaxtı ilə saat 13:20-də "Tsukuba" (Yaponiya) olacaq. Komanda növbəti matçını 15:00-da İsveçrə təmsilçisi "Lozanna"ya qarşı keçirəcək.

44 filmi