Azərbaycan Kuboku: “Gəncə” və NTD basketbolçuları yarımfinala vəsiqəni təmin ediblər

Azərbaycan Kuboku: “Gəncə” və NTD basketbolçuları yarımfinala vəsiqəni təmin ediblər Bu gün basketbol üzrə Azərbaycan Kubokunun növbəti qrup oyunları baş tutub.
Komanda
22 Mart , 2023 21:56
Azərbaycan Kuboku: “Gəncə” və NTD basketbolçuları yarımfinala vəsiqəni təmin ediblər

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun növbəti qrup oyunları baş tutub.

“Report” xəbər verir ki, Sərhədçi İdman Mərkəzində baş tutan oyunlarda iki qrupda ümumilikdə 4 görüş keçirilib.

A qrupunda “Sabah” “Sərhədçi” ilə qarşılaşıb. Görüş birincilərin 97:92 hesablı qələbəsi ilə yekunlaşıb. “Sabah BK”nın heyətində Fuad Niftəliyev - 26 xal, 7 asist, “Sərhəçi PİK”də isə Maykl Diqqins - 25 xal, 13 ribaundla fərqlənən basketbolçular olublar.

Qrupun digər matçında “Gəncə” – “AAAF Xırdalan”a şans verməyib – 91:65.

“AAAF Xırdalan BK” heyətində Deymon Makdouel (30 xal, 6 ribaund ), “Gəncə BK”da isə Kollin Törner (27 xal, 7 ribaund) komandalarının heyətində ən məhsuldar oyunçular olublar.

Bu nəticələrdən sonra A qrupunda “Gəncə BK” 2 oyundan sonra 4 xalla qrupda liderdir və yarımfinala çıxmağı təmin edib. “AAAF Xırdalan” 3 xalla ikinci, eyni xala malik “Sabah BK” üçüncü, “Sərhədçi PİK” (2 xal) isə dördüncü sırada qərarlaşıb.

B qrupunda NTD – “Neftçi”dən üstün olub - 108:89.

Görüşün ən məhsuldar basketbolçuları NTD-də Quinton Kempbel (15 xal, 3 ribaund), “Neftçi İK”da isə Yuriy Kondrakov (21 xal, 5 asist) olublar.

B qrupunun digər qarşılaşmasında “Olimpik Şəki” – “Zirvə Astara”ya uduzub – 69:94.

Matçın ən məhsuldar basketbolçuları kimi “Zirvə Astara BK”da Ruşard Kruikşenk (32 xal, 5 ribaund), “Olimpik Şəki BK”da isə Larri Robinson (25 xal, 7 ribaund) fərqləniblər.

B qrupunda hər iki oyununda qalib gələn NTD 4 xalla liderdir. NTD basketbolçuları yarımfinala vəsiqəni təmin ediblər. Bir qələbə, bir məğlubiyyətlə 3 xal qazanmış “Neftçi İK” ikinci, eyni göstəricisi olan “Zirvə Astara BK” üçüncü, hər iki görüşünü uduzmuş “Olimpik Şəki” isə 2 xalla sonuncudur.

Qeyd edək ki, qrupun son oyunları sabah keçiriləcək.

Son xəbərlər

Orphus sistemi