Azərbaycan klubunun həndbolçusu: "Çox çalışdıq və qələbə qazanıb növbəti mərhələyə adladıq"

Azərbaycan klubunun həndbolçusu: "Çox çalışdıq və qələbə qazanıb növbəti mərhələyə adladıq" Çox çalışdıq və hər iki oyunda qələbə qazanıb növbəti mərhələyə adladıq.
Komanda
27 Oktyabr , 2024 20:50
Azərbaycan klubunun həndbolçusu: Çox çalışdıq və qələbə qazanıb növbəti mərhələyə adladıq

Çox çalışdıq və hər iki oyunda qələbə qazanıb növbəti mərhələyə adladıq.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın kişi həndbolçulardan ibarət "Kür" komandasının oyunçusu Yakob Ayuba Katau Avropa Kubokunda Kipr təmsilçisi “Parnassos Strovolu” ilə oyundan sonra jurnalistlərə açıqlamasında bildirib.

Həndbolçu mərhələ adlamaq üçün çox çalışdıqlarını deyib: "Çox çalışdıq və hər iki oyunda qələbə qazanıb növbəti mərhələyə adladıq. Bizi dəstəkləyən Mingəçevir əhalisinə təşəkkür edirəm".

O, qələbəni çılğınlıqla qeyd etməsinin səbəbləri haqqında danışıb:

"Çılğınlıqla sevinməyimizin səbəbi odur ki, çox zəhmət çəkmişdik. Avropa Kubokunda yaxşı nəticə göstərmək və Azərbaycan həndbolunda sözümüzü demək üçün 3 ay çalışmışdıq".

Nigeriyalı oyunçu Azərbaycan həndbolu haqqında təəssüratlarını bölüşüb və hədəflərdən danışıb:

"Azərbaycan həndbolu haqqında təəssüratlarım yaxşıdır. Mənim üçün də hər şey yaxşıdır. Mingəçevirdə özümü xoşbəxt hiss edirəm. Hədəfimiz növbəti mərhələni də adlamaqdır.

Belə oyunla Azərbaycanı daha çox tanıda bilərik. Hər kəsə sürpriz etmək istəyirik. Növbəti mərhələ daha çətin olacaq. Məşqçilərimizin köməyi ilə növbəti mərhələni adlayacağımıza inanıram".

Qeyd edək ki, komandalar arasında keçirilən iki oyunun nəticəsinə görə (35:31, 32:29) "Kür" mərhələ adlayıb.

Son xəbərlər

Orphus sistemi