Kişi həndbolçuların Azərbaycan çempionatında sonuncu - XX tura start verilib.
"Report" xəbər verir ki, ilk oyununda “Azəryol” və “Qarabağ” komandaları üz-üzə gəliblər.
Bürünc medalların taleyinin həll olunduğu görüşə turnir cədvəlində rəqibi iki xal qabaqlayan “Azəryol” daha rahat çıxıb.
Belə ki, nominal ev sahibini 1 xal da qane etdiyi halda, “Qarabağ” mütləq qələbə qazanmalı idi.
37:35 hesabı ilə qalib gələn “Azəryol” 30-cu, yubiley çempionatının bürünc medallarına sahib çıxıb.