Muxtar Babayev: Sərfəli elektrik enerjisinə çıxış imkanları müzakirə olunub

Energetika
  • 10 noyabr, 2026
  • 21:17
Muxtar Babayev: Sərfəli elektrik enerjisinə çıxış imkanları müzakirə olunub

COP31-dəki Qlobal Elektrikləşdirmə Nazirlər Toplantısı və Forumu çərçivəsində müzakirələrdə hər kəs üçün etibarlı, sərfəli və dayanıqlı elektrik enerjisinə çıxışın təmin edilməsinin əhəmiyyəti vurğulanıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb.

"İnkişaf etməkdə olan ölkələr, xüsusilə də Ən Az İnkişaf Etmiş Ölkələr (LDC) və İnkişaf Etməkdə olan Kiçik Ada Dövlətləri (SIDS) üçün sərfəli maliyyəyə çıxış, dayanıqlı şəbəkələrə və enerjinin saxlanmasına investisiya qoyuluşu və daha güclü yerli potensial inklüziv enerji keçidini təmin etmək üçün zəruridir".