Azərbaycan Badminton Federasiyası 6 aylıq hesabatını təqdim edib

Azərbaycan Badminton Federasiyası 6 aylıq hesabatını təqdim edib Azərbaycan Badminton Federasiyası (ABF) və DOST Mərkəzi ilə Əməkdaşlıq baş tutub.
Komanda
24 İyul , 2022 11:01
Azərbaycan Badminton Federasiyası 6 aylıq hesabatını təqdim edib

Azərbaycan Badminton Federasiyası (ABF) ilə DOST Mərkəzi arasında əməkdaşlıq baş tutub.

"Report"un məlumatına görə, bu barədə ABF-nin baş katibi Ramil Hacıyev bildirib.

Bu gün media nümayəndələri üçün ABF yeni rəhbər təyinatından sonra keçən 6 ayın hesabatını verib.

DOST Mərkəzi ilə əməkdaşlıq çərçivəsində 5 iyulda Abşeron Olimpiya İdman Kompleksində badminton zalı istifadəyə verilib.

Bildirilib ki, 2023-cü ildə Avropa Badminton Konfederasiyasının 56-cı Konqresi Bakıda olacaq.

"Formula 1" yarışı zamanı əyləncə zonalarında badminton kortları quraşdırılıb. Naxçıvanda məşqçilik kursları təşkil olunub.

Heydər Əliyev Mərkəzində badminton üzrə təlimlər keçirilib.

Hesabatdan sonra Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi ilə ABF arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Son xəbərlər

Orphus sistemi