Avropa çempionatında uğur qazanan gənc cüdoçular Vətənə dönüblər

Avropa çempionatında uğur qazanan gənc cüdoçular Vətənə dönüblər Niderlandın Haaqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında uğurla çıxış edən idmançılarımız Vətənə dönüblər.
Komanda
9 Sentyabr , 2023 02:45
Avropa çempionatında uğur qazanan gənc cüdoçular Vətənə dönüblər

Niderlandın Haaqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında uğurla çıxış edən idmançılarımız Vətənə dönüblər.

“Report” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda gənc cüdoçuların qarşılanma mərasimi olub.

Milli komandanın üzvlərini Azərbaycan Cüdo Federasiyasının və idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, atletlər və mətbuat nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Niderlandın Haaqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.

Yarışın ilk günündə Azərbaycan yığma komandasının 7 üzvü medallar uğrunda mübarizə aparıb. Oğlanlar arasında -60 kq. çəkidə Nizami İmranov bütün rəqiblərini məğlub edərək finala yüksəlib.

Nizami həlledici görüşdə İsrail təmsilçisi Yehonatan Vekslerə “waza-ari” xalı ilə qalib gələrək qızıl medal qazanıb. Aydın Rzayev çempionatın gümüş, Aydan Vəliyeva isə bürünc medalına sahib olub.

Son xəbərlər

Orphus sistemi